Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 249,8 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,3% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 622 mln. manat səviyyəsində olub.
