Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.
Bu barədə Bankın mərkəzi ofisindən bildirilib.
Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.
Bu barədə Bankın mərkəzi ofisindən bildirilib.
Tutaq ki, təsisçi müxtəlif vaxtlarda kooperativin bank hesabına 20 milyon manat pul ödəyib. Həmin vəsaitdən vergi hesablanmalıdırmı? Əlavə olaraq, tutaq ki, borclunun pulu qaytarılan zaman 25 milyon manat, yəni borc müqaviləsindən 5 milyon manat artıq olarsa, ondan hansı qaydada vergi tutulur?
İyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılacaq və 20 gün davam edəcək.
SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “AVRO-5” standartına uyğun olan benzinin istehsalın başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.
Bu barədə “SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib.
Daim xidmət və keyfiyyət anlayışında bank-müştəri münasibətlərinin təkmilləşdirilməsinə xüsusi önəm verən Expressbank, bu istiqamətdə yeniliklər etməyə davam edir. İş günlərində bank əməliyyatları və xidmətləri üçün filiallara gələ bilməyən fiziki şəxslər, şənbə günləri də filiallara yaxınlaşaraq bank əməliyyatlarını həyata keçirə bilərlər.
2022-ci ilin mayında Türkiyədə illik inflyasiya 73,5 faiz təşkil edib.
Bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib.
Bu barədə BŞH-nın mətbuat katibi Turab Teymurov keçirilən mətbuat konfransında məlumat verib.
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb.
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3111 ədəd yeni avtomobil satılıb.