Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Günün rəsmi valyuta məzənnələri - 04.07.2022
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
30 iyun 2022-ci il tarixində ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səsvermə qiyabi şəkildə təşkil olunub. Yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Sektor üçün PMS I Mərhələ üzrə ÖDƏNİŞSİZ Seminar keçirəcək.
Bakı şəhəri üzrə bu ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq, 1066,9 manat təşkil edib.
Parlaq üstünlüklərə malik Yelo karta sahib olmaq istəyənlərə əla xəbər! Yelo Bank müştərilərin böyük marağını nəzərə alaraq pulsuz Yelo kart kampaniyasının müddətini daha bir ay uzatdı. Belə ki, 31 iyul, 2022-ci il tarixinədək pulsuz 3 illik Yelo Light kartı üçün minimum 100 AZN (50 USD/EUR), Yelo Premium üçün isə minimum 1000 AZN (500 USD/EUR) mədaxil etmək kifayətdir. Kart üçün heç bir əlavə xidmət haqqı tələb olunmur.
AccessBank çap məhsulları üzrə tender elan edir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
PAŞA Həyat və Kapital Bankın sponsorluğu, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi baş tutub.
Ölkə bankları arasında informasiya texnologiyalarının inkişafına ayrıdığı böyük diqqətlə seçilən “Bank Respublika”nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakatonun qeydiyyatına start verildi.
Bakı Fond Birjasında 01.01.2022-30.06.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,949,540,470 manat təşkil etmişdir.
Xarici ölkəyə və ya xarici ölkələrdən Azərbaycana səyahət edən insanlar həmin dövlətlərin valyutasını hazır şəkildə özləri ilə aparmaq istəyirlər. Çünki getdikləri ölkələrdə valyuta dəyişmə məntəqəsinin tapılması və uyğun məzənnə ilə konvertasiyası uzun vaxt apara bilər. Həm də bu, baha başa gələ bilər. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana səyahət edən insanlar ödəniş vasitəsi kimi yalnız manatdan istifadə olunduğu üçün öz pullarını manata dəyişdirmək məcburiyyətindədir.