Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal ərzaq qiymətləri artmaqda davam edir.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan məlumatlara görə, Qlobal Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin aprel ayında mart ayı ilə müqayisədə 2,1 bal (1,6 faiz) artaraq 130,7 bala çatıb.
İndeks ardıcıl üçüncü aydır ki, yüksəlir. Baxmayaraq ki, artım tempi əvvəlki aya nisbətən daha məhdud olub.
Bitki yağı, ət və taxıl qiymət indeksləri aprel ayında artsa da, şəkər və süd məhsullarının qiymətlərindəki azalmalar bu artımı qismən kompensasiya edib.
İndeks ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 bal (2,0 faiz) yüksək, lakin 2022-ci ilin mart ayında müşahidə olunan pik səviyyədən 29,6 bal (18,4 faiz) aşağı olub.
