Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 41,920.2 mln. manat, cəmi öhdəlikləri 36,774.2 mln. manat, balans kapitalı 5,146 mln. manat olub.
Azərbaycanın bank sektoru 6 ayda 1,3% böyüyüb
Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 41,920.2 mln. manat, cəmi öhdəlikləri 36,774.2 mln. manat, balans kapitalı 5,146 mln. manat olub.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əməkhaqqı fondu daha 15 faiz artıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kreditin təsdiqini sentyabrın 21-nə təxirə salıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb.
Sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək.
Azərbaycanda emal sənayesində 2022-ci ilin yanvar-iyun aylarında 8 milyard 585,1 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Portuqaliyanın əsas maliyyə və iqtisadi mərkəzlərindən biri olan Porto 2022-ci ilin yay mövsümü üçün səyahətçilər arasında ən populyar istiqamət olaraq seçilib.
“Pinterest” internet portalı səyahətçilər arasında yay mövsümünün səyahət istiqamətlərinə dair sorğu keçirib.
Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.
Daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxs hansı növ vergiləri ödəməlidir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətlərilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.
“Muğan Bank" bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
2022-ci ilin ilk yarısında Bankın faiz gəlirləri 18,611 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 38,5% çox), faiz xərcləri 16,466 min manat (29,1% çox), xalis faiz gəlirləri isə 2,145 min manat (5,8 dəfə çox) təşkil edib.
Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika, Milli Mətbuat Günü ilə əlaqədar hər il olduğu kimi bu il də ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib. Bu il, mətbuat nümayənədələri Şəki şəhərinə səfər ediblər.