“Telegram” bir il ərzində istifadə olunmayan bütün kanal ünvanlarını silib. Messencerin yaradıcısı Pavel Durovun sözlərinə görə, bu, axtarışı asanlaşdırmağa kömək edəcək.
“Telegram” bu hesabları siləcək
“Telegram” bir il ərzində istifadə olunmayan bütün kanal ünvanlarını silib. Messencerin yaradıcısı Pavel Durovun sözlərinə görə, bu, axtarışı asanlaşdırmağa kömək edəcək.
“Qazprom” borca görə Fransanın “Engie” şirkətinə qaz təchizatını tam dayandırıb.
Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Unibank KB İT avadanlığının alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 14.09.2022-ci il, saat 12.00-dır.
Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub, bu da illik müqayisədə 27,8% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,8 min ton təşkil edib.
Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-aprel ayların üzrə valyuta ehtiyatları ilə bağlı göstəriciləri korrektə edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Telefonunuz bir çox səbəbdən dona bilər. Donmanın qarşısını almaq üçün nə etmək lazımdır? Bəs telefonların donmasının qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?
1) Proqram təminatında problem olub olmadığını yoxlayın
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 844 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyul) ilə müqayisədə 1,3% və ya 11 mln. avro artıb.
Bu barədə AYİB-dən bildirilib.
Avqustun 10-da bütün dünyada təqdim olunan “Samsung”dan yeni mobil cihazların – qatlanan Galaxy Z Fold4 və Galaxy Z Flip4 smartfonlarının Azərbaycanda öncədən sifarişləri davam edir. Bu cihazları “Samsung” Azərbaycanın rəsmi saytında və ya istənilən rəsmi “Samsung” distribyutorunda öncədən sifariş edən hər kəs Galaxy Watch4 smart saatını və eksklüziv “Samsung” Care+ zəmanətini əldə edəcək.
Bu gün Türkiyənin Samsun şəhərində TEKNOFEST Aerokosmik və Texnologiya Festivalına start verilir. Festival çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABB-nin maliyyə tərəfdaşlığı ilə Türkiyədə yaşayan vətəndaşlarımıza xidmət göstəriləcək.
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.