Mərkəzi Banka (AMB) xüsusi tənzimləmə rejimində iştirakla bağlı ilk mərhələnin yekunu olaraq ümumilikdə 14 müraciət daxil olub.
AMB xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsinə başlayıb
Mərkəzi Banka (AMB) xüsusi tənzimləmə rejimində iştirakla bağlı ilk mərhələnin yekunu olaraq ümumilikdə 14 müraciət daxil olub.
Cari ilin yanvar ayı ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 17,5 milyon manatdan çox hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 346 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% az olub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib
Sizin yerli Avropa bankınız AccessBank Azərbaycanın 100 ən çox vergi ödəyən şirkəti sırasına daxil olduğunu elan edir. Bu nüfuzlu siyahıya (https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar) daxil olmaq, bankın vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfəni bir daha təsdiqləyir.
Qırmızı Ürəklər Fondu ekologiyanın və təbiətin qorunmasına töhfə verən layihələrin icrasına davam edir. Fond, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti uğurlu aksiyanı həyata keçirib. Aksiya zamanı ekokönüllülər tərəfindən 100 kiloqramdan çox istifadə olunmuş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Bakı Olimpiya Stadionunda “Dinamo” klubunun – FCDM-nin futbol məktəbi açılıb. 4 yaşdan 13 yaşa qədər uşaqlar orada peşəkar təlimçilərin, o cümlədən Moskva klubunun mütəxəssislərinin rəhbərliyi altında məşq edə biləcəklər. Bakıda məktəbin açılışı VTB (Azərbaycan)-ın dəstəyi ilə baş tutub.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar ayında ölkədə 2 194,9 ton ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 44.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar ayında 18 milyon 695 min ABŞ dolları dəyərində 86 min 654 ton buğda idxal edilib.
Azərbaycan və Qətər Mərkəzi Bankları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.