Azərbaycanda ipoteka kreditlərinin məbləği 4 milyard manatı keçdi | Banco.az

Azərbaycanda ipoteka kreditlərinin məbləği 4 milyard manatı keçdi

Azərbaycanda ipoteka kreditlərinin məbləği 4 milyard manatı keçib.

Banco.az xəbər verir ki bu barədə, İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev jurnalistlər üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, təkcə son 2 ildə 1 milyard manat ipoteka krediti verilib.  İndiyədək 59 mindən artıq vətəndaş ipoteka krediti götürüb.