Araşdırma: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları I yarımil (Yanvar-iyun ayları) üzrə maliyyə nəticələrini açıqlayıblar.
Araşdırmamıza görə, hesabat dövrü ərzində əksər bankların kredit portfelində artım qeydə alınıb. II rübdə kredit portfelini ən çox artıran bank isə AFB Bank olub. Belə ki, bankın kredit portfeli 2025-ci ilin sonundakı 292,5 milyon manatdan 394,4 milyon manata yüksəlib. Bu isə 34,8%-lik artımdır və ölkə bankları arasında ən yüksək göstəricidir.
Banco.az xəbər verir ki, birinci yarımildə kredit portfelini ən çox artıran TOP 5 bankdan ikincisi Azərbaycan Sənaye Bankı olub. Bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 19% artaraq 405,4 milyon manata yüksəlib.
Bank of Baku-nun kredit portfeli 16,5% artaraq 1,1 milyard manata, Bank VTB Azərbaycanın portfeli 15,2% artaraq 280,6 milyon manata, Unibank-ın portfeli isə 12,3% artaraq 1,5 milyard manata çatıb:
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
