ABB-də əhalinin depozitləri 489 milyon manatdan çox artıb | Banco.az

ABB-də əhalinin depozitləri 489 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABB-nin depozit portfeli 30 iyun 2026-ci il tarixinə 9 milyard 257 milyon 94 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 364 milyon 214 min manat və ya 4,1% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 3 milyard 893 milyon 804 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 363 milyon 290 min manat təşkil edib. 

Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 489 milyon 527 min manat (14,4%) artıb.

2025-ci ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 3 milyard 404 milyon 277 min manat və 5 milyard 488 milyon 603 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram