Azərbaycanın Çexiyaya neft satışından qazancı 11%-dək artıb | Banco.az

Azərbaycanın Çexiyaya neft satışından qazancı 11%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar-iyun aylarında Azərbaycandan 497 milyon 378 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 47 milyon 782 min dollar və ya 10,6% çoxdur.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 705 min 791 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 140 min 670 ton və ya 16,6% azalma deməkdir. 

Qeyd edək ki, yanvar-iyun aylarında İtaliya (5,9 milyon ton) Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram