MDB ölkələri rusların kütləvi axını hesabına gəlirlərini artırıb | Banco.az

MDB ölkələri rusların kütləvi axını hesabına gəlirlərini artırıb

Rusiya-Ukrayna arasında baş verən hadisələr əksər dövlətlərə öz təsirlərini göstərməyə davam edir.

Belə ki, son zamanlar rusların kütləvi şəkildə postsovet ölkələrinə axını müşahidə edilir. 

Banco.az xəbər verir ki, əhali daha çox Türkiyə, Qazaxıstan, Ermənistan, Gürcüstan və Azərbaycana üz tutub. Bu axın isə adı çəkilən dövlətlərin iqtisadiyyatına müsbət təsirlərini göstərməkdədir.

İqtisadçı Tatyana Orlova Rusiyada hazırda baş verən “beyin köçü”nün qonşu dövlətlər üçün  pul və insan kapitalında canlanmalar yaratdığını bildirib. 

“Pul vəsaitlərinin daxil olması ölkələrin cari əməliyyatlar balansına müsbət təsir edir. Mal və xidmətlərə təlabatı stimullaşdırır”.

Məlumata görə, təkcə sentyabr ayında 200 minə yaxın rusiyalı Qazaxıstana, 70 min nəfər Gürcüstana, 60 min nəfər isə Ermənistana gedib. Sentyabrda onlar təxminən üç milyard dollar nağd pul gətirə bilərdilər. Bu isə rusiya vətəndaşlarına ev sahibliyi edən ölkələrin öz valyuta ehtiyatlarını artırmağa fürsət qazandırdı. Eyni zamanda Rusiyalı sahibkarlar üçün güzəştli şərtlər təklif edən ölkələr öz iqtisadiyyatlarında böyük prespektivlər əldə edib. Çünkü hazırda ruslara məxsus fəaliyyətə başlayan yeni şirkətlərin vergi ödəmək və yeni iş yerləri açmaqla bağlı prosedurları müvafiq ölkələrin yeni gəlirlər əldə etməsinə səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et