Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 mlrd. 814,9 mln. ABŞ dollarına çatıb.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 12,2% çoxdur.
Qeyd edək ki, 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 mlrd. 590,8 milyon ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7,5% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
