Bu mərkəzi bank inflyasiya ilə bağlı xəbərdarlıq etdi | Banco.az

Bu mərkəzi bank inflyasiya ilə bağlı xəbərdarlıq etdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-da iyul ayı üzrə inflyasiya göstəricilərinin proqnozlardan daha çox geriləməsi qlobal inflyasiya mənzərəsi üçün də bir siqnal kimi qəbul edilib. Digər tərəfdən, inflyasiyanın ötən iki ilin ən yüksək səviyyəsinə çatdığı Çində inflyasiya xəbərdarlıqları diqqət çəkib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) iqtisadi artımı deyil, inflyasiyanı prioritetləşdirən açıqlamalar edib.

Çin Xalq Bankı (PBOC) ölkə iqtisadiyyatını inflyasiya təhdidlərinə qarşı qoruyacağını və artımı dəstəkləmək məqsədilə kütləvi təşviq paketləri üçün həddindən artıq pul çap etməkdən yayınacağını bildirib.

Çərşənbə günü açıqlanan rüblük pul siyasəti hesabatında PBOC həm iqtisadiyyatı dəstəkləməyi, həm də qiymət sabitliyini təmin etməyi vəd edib. Bank real iqtisadiyyata daha güclü və keyfiyyətli dəstək göstərəcəyini də bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: ABŞ-da inflyasiya proqnozları doğrultmadı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et