"YouTube" ilə "Amazon" arasında elektron ticarət tərəfdaşlığı | Banco.az

"YouTube" ilə "Amazon" arasında elektron ticarət tərəfdaşlığı

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” ilə "Amazon" arasında elektron ticarət tərəfdaşlığı başlayıb.

Banco.az xəbər verir ki, “YouTube Shopping”in yeni biznes tərəfdaşlığı çərçivəsində YouTube kontent yaradıcıları artıq videolarında və canlı yayımlarında Amazon məhsullarını rahatlıqla etiketləyə biləcək və bunun müqabilində satışlardan komissiya əldə edəcəklər.

“YouTube Shopping”in baş direktoru Trevis Kats: "Bu, dünyanın ən böyük onlayn pərakəndə satıcısı ilə internetin ən çox istifadə olunan tətbiqinin bir araya gəlməsi deməkdir" – deyib.

Kats elektron ticarəti Alphabet-in növbəti strateji addımı kimi qiymətləndirib. Kats, videoların insanların alış-veriş etmə tərzini tamamilə dəyişdirdiyini bildirərək, istehlakçıların artıq ənənəvi satıcılardan çox kontent yaradıcılarına güvəndiyini vurğulayıb. Kats: "Əvvəllər mağaza vitrinlərinə baxırdıq. Bu gün isə insanlar videolara nəzər salır" – deyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram