Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə 11 MDB ölkəsi üzrə ən çox işsiz əhalisi olan ölkə Rusiya olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkədə işsiz əhalinin sayı 1,7 milyon nəfər olub.
Ötən il Özbəkistanda işsizlərin sayı 744,9 min nəfər, Qazaxıstanda 448,9 min nəfər olub.
Azərbaycan 279,1 min nəfər işsiz sayı ilə 4-cü olub.
Bundan başqa Ermənistanda 125,9 min və Belarusda isə 172,3 min işsiz qeydə alınıb. Bu göstərici Qırğızıstanda 91,5 milyon nəfər, Moldovada 31 milyon nəfər olub.
Bununla yanaşı Komitənin qeydlərinə görə, Ermənistandakı işsiz sayındakı rəqəmlər üzrə 2018-ci ildən metodologiyada dəyişikliklər edilib. Moldovada 2014-cü ildən əhalinin siyahıyaalınmasının yekunlarına əsasən yenidən hesablanıb. 2019-cu ildən metodologiyada dəyişikliklər edilib. Rusiyada 2017-ci ildən müşahidə olunan yaş - 15 yaş və yuxarı (2017-ci ilədək 15-72 yaş) nəzərə alınıb. Ukrayna üzrə məlumatar milli statistika idarələrinin rəsmi internet səhifəsindən əldə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
