ABŞ-da inflyasiya proqnozları doğrultmadı | Banco.az

ABŞ-da inflyasiya proqnozları doğrultmadı

Tamara Mustafayeva, Banco.az

ABŞ-da yanacaq qiymətlərinin ucuzlaşması inflyasiya göstəricisini aşağı salsa da, FED-ə qarşı aqressiv sərtləşdirmə təzyiqləri müəyyən qədər azalıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da ötən 40 ilin ən kəskin sərtləşmə dövrünün qeydə alınması və enerji qiymətlərinin ucuzlaşması iyul ayında ölkədə inflyasiyanın zəifləməsinə səbəb olub.

İyun ayında 9 faizi keçən və 40 illik maksimumunu yeniləyən ABŞ inflyasiyası iyulda 8,5 faizə düşüb. Aylıq qiymətlərdə isə heç bir dəyişiklik olmayıb. Benzinin ucuzlaşması ərzaq və mənzil qiymətlərinin artımını kompensasiya edib.

Xatırladaq ki, "Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 8,7 faiz olacağını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et