Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Kəpəz" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" ASC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.
