Naxçıvan-İğdır qaz boru kəmərinin çəkilməsilə əlaqədar qərar imzalandı | Banco.az

Naxçıvan-İğdır qaz boru kəmərinin çəkilməsilə əlaqədar qərar imzalandı

Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır rayonu ərazisində daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qərar imzalayıb.

Əmlakın özgəninkiləşdirilməsi layihə çərçivəsində lazımi obyektlərin tikintisi məqsədi ilə həyata keçiriləcək. Özgəninkiləşdirilmə prosesi "BOTAŞ" şirkəti tərəfindən aparılacaq.

Məlumata görə, proses  İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralık rayonlarının ərazilərini əhatə edəcək.

Xatırladaq ki, ötən ilin dekabrında  Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə  Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz  imzalayıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram