İyulda dünyada ən çox bahalaşan məhsul yumurta olub | Banco.az

İyulda dünyada ən çox bahalaşan məhsul yumurta olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Comex birjasının məlumatına görə, iyul ayında toyuq yumurtası dünyada ən çox bahalaşan qida məhsulu olub.

Banco.az xəbər verir ki, yayın ikinci ayında bu məhsulun qiyməti Amerika birjasında 334 faiz artıb.

Digər kənd təsərrüfatı məhsullarında isə artım daha aşağı olub. Belə ki, yulaf 15,5 faiz, buğda isə 10,4 faiz bahalaşıb.

ABŞ bazarında yumurta qiymətlərinin kəskin artması yüksək patogenli quş qripinin geniş yayılması ilə əlaqələndirilir. Xəstəliyin yayılması on milyonlarla yumurtlayan toyuğun məhv edilməsinə səbəb olub. Bu isə təklifin azalması fonunda qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram