Azərbaycan xaricdən qarğıdalı idxalını azaldıb | Banco.az

Azərbaycan xaricdən qarğıdalı idxalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-iyun aylarında 14 milyon 272 min ABŞ dolları dəyərində 30 min 339 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 331 min dollar və ya 2,4% çoxalıb, həcmi isə 6 min 515 ton və ya 17,7% azalıb. 

Məlumata görə, ötən 6 ayda qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,17%-nə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə idxal edilən qarğıdalının dəyəri 13 milyon 941 min dollar, miqdarı isə 35 min 319 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram