Dünyanı təsiri altına alan və ölkə iqtisadiyyatlarını olduqca çətin vəziyyətdə qoyan koronavirus pandemiyası ilə mübarizə məqsədilə şirkətlərlə yanaşı tanınmış şəxslər də ianələr edirlər. Bu sıraya qoşulan növbəti şəxs isə Twitter platformasının təsisçisi Jack Dorsey olub.
Şəxsi Twitter səhifəsindən etdiyi açıqlamaya görə, məşhur koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən yardım kampaniyalarına 1 milyard dollar ianə verəcək.
Bu məqsədlə yardım fondu yaradan Dorsey fondun gördüyü bütün işləri Amerika Qida Fonduna verdiyi 100 min dollardan başlayaraq xalqa açıq şəkildə elektron formada paylaşacaq.
Həmçinin oxu: Apple pandemiya ilə mübarizə çərçivəsində yeni tibbi vasitələrin istehsalına başladı
Tamara Mustafayeva, Banco.az