Apple pandemiya ilə mübarizə çərçivəsində yeni tibbi vasitələrin istehsalına başladı | Banco.az

Apple pandemiya ilə mübarizə çərçivəsində yeni tibbi vasitələrin istehsalına başladı

Koronavirus pandemiyası ilə qlobal miqyasda davam edən mübarizəyə bir çox şirkətlər də verdikləri ianələrlə və ya ehtiyac duyulan tibbi cihaz və vasitələrin istehsal edilməsi ilə dəstək olurlar. Bu şirkətlərdən biri də ABŞ-ın texnologiya nəhəngi Apple şirkətidir.

Texnologiya şirkətinin CEO-su Tim Kukun bir neçə saat əvvəl şəxsi Twitter səhifəsindən etdiyi açıqlamaya görə, şirkət tədarük zəncirini, işçiləri və müttəfiqlərini pandemiya ilə mübarizə aparmaq üçün çalışan səhiyyə işçilərini və insanların ehtiyaclarını qarşılamaq üçün vəzifələrinin icrasına davam edən digər bütün işçiləri fərdi qoruyucu vasitələrlə təmin etmək üçün səfərbər edib. Bu məqsədlə indiyədək 20 milyondan çox maska tədarük edən Apple indi də üz üçün qoruyucu tibbi qalxanların istehsalına və göndərilməsinə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət maskaları ən çox ehtiyac duyulan yerlərə göndərmək üçün dünyanın dörd bir yanındakı hökumətlərlə birlikdə çalışır. Tim Kukun bildirdiyinə görə, şirkətin istehsal etdiyi üz qalxanları iki dəqiqədən az bir müddətdə geyinilir və istənildiyi kimi tənzimlənir. O, şirkətin bu həftənin sonuna qədər 1 milyon tibbi qalxan göndərəcəyini və paylanmanın ABŞ hüdudlarını keçməsi məqsədilə hər həftə bir milyon üz qalxanı göndərməyi planlaşdırdıqlarını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

CEO şirkətin göstərdiyi bütün səyləri belə qiymətləndirib:

“Apple üçün bu, sevgi və minnətdarlıq simvoludur və bu istiqamətdə getdikcə daha çox çalışacağıq.”

Bununla yanaşı, texnologiya nəhəngi bəzi 3D nəşriyyatların və istehsal müəssisələrinin ehtiyac duyulan tibbi vasitələri istehsal etmək üçün başlatdıqları bir hərəkata da daxil olub.

Həmçinin oxu: Koronavirus Apple firmasının rüblük gəlirlərini azaltdı

Tamara Mustafayeva, Banco.az