Azərbaycan sahibkarlarının 43%-i maliyyə resurslarına çıxış baxımından əziyyət çəkir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 121 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--campania.tpl.php).

Azərbaycan sahibkarlarının 43%-i maliyyə resurslarına çıxış baxımından əziyyət çəkir

Azərbaycan sahibkarlarının 43%-nin maliyyə resurslarına çıxışı məhduddur və bu amil onların fəaliyyətinə mane olur. 

Bu, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) iş adamları arasında keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğu iştirakçılarının 14%-i xammal çatışmazlığından, 8%-i kadr çatışmazlığından, 4%-i isə qanunvericilikdəki çatışmazlıqlardan şikayətlənib, 31% fəaliyyətini məhdudlaşdıran amilin nə olduğunu deyə bilməyib. 

İş adamlarının 59%-i yaxın 1 il ərzində gəlirlərinin artacağını gözləyir. 11% iştirakçı buna bir qədər şübhə ilə yanaşır, 18% iştirakçı az ehtimal edir, 2% iştirakçı isə gəlirlərinin artacağını gözləmir, 10% iştirakçı isə bu məsələnin onun üçün qeyri-müəyyən olduğunu bildirib.

Report.az