Hər bir ölkənin təbii sərvətləri, mədəniyyəti, təfəkkürü və s. fərqli olduğundan hər birinin iqtisadi vəziyyəti, inkişaf modeli də fərqlidir. Nə qədər özünəməxsus iqtisadi modellər olsa da, bütün ölkələri birləşdirən üç iqtisadi inkişaf modeli var: liberal, sosial yönümlü və sosial-demokratik. Liberal model xüsusi mülkiyyətin iqtisadiyyatda üstün mövqeyə malik olması, bazar subyektlərinin sərbəstliyi, dövlətin müdaxiləsinin məhdud olması ilə fərqlənir. Sosial yönümlü modelin əsas xüsusiyyəti onun güclü sosial siyasətinin olmasıdır. Bu siyasət özündə əhalinin gəlirləri arasında fərqləri minimuma endirmək, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatı, subsidiyaların ayrılmasını və s. bu kimi sosial tədbirləri birləşdirir. Sosial-demokratik modeldə əsas diqqət qüvvəsi və əmək münasibətlərinin tənzimlənməsidir.
Azərbaycan iqtisadiyyatı da sosial yönümlü model olaraq əhali arasında gəlir bərabərliyini təmin etmək üçün bir sıra sosial müavinətlər verir. Bu müavinətlər yaşa, uşağa, sağlamlıq və s. görə verilir. Bu müavinətlər qanuna əsasən müəyyən olunur.
Son beş ildə ölkədə sosial yardım alan ailə üzvlərinin sayı yarıya qədər azalıb. Bir nəfərə düşən yardımın məbləği isə 2014-cü ildən 26.4% artıb.
Dövlətin sosial siyasətlərindən ən əsası da gəlirlərin indeksləşdirilməsidir. İndeksləşdirmə əhalinin gəlirlərinin infilyasiyaya uyğunlaşdırılması nəzərdə tutulur. Bəs ölkəmizdə bu müavinətlər nə dərəcədə indeksləşdirilir? Cədvəldə bir nəfərə düşən sosial yardımın məbləği, 2010-cu ilə nəzərən bir nəfərə düşən sosial yardımda artım və istehlak qiymətləri indeksi öz əksini tapıb (İstehlak qiymətləri dedikdə istehlak səbətinə daxil olan mal və xidmətlərin qiyməti nəzərdə tutulur. İstehlak səbəti ilə bağlı daha ətraflı burdan oxuya bilərsiniz). 2013-cu ildə əgər bu artım müavinətlərdə 3% idisə, istehlak qiymətlərində 11.6% artım olub. Ötən ildə isə bu 2010-cu ilə nəzərən istehlak məhsullarının qiyməti 53% artsa da, bir nəfərə düşən müavinətlər istehlak qiymətlərinin artımından 7% az artıb.
İllər |
Bir nəfərə düşən |
Sosial yardımda artım |
İstehlak qiymətləri indeksi |
2010 |
25,0 AZN |
0% | 100,0 |
2011 |
24,1 AZN |
-4% | - |
2012 |
23,7 AZN |
-5% | - |
2013 |
25,8 AZN |
3% | 111,6 |
2014 |
28,8 AZN |
15% | 113,2 |
2015 |
33,3 AZN |
33% | 117,7 |
2016 |
35,5 AZN |
42% | 132,4 |
2017 |
35,7 AZN |
43% | 149,5 |
2018 |
36,4 AZN |
46% | 152,9 |
Cari vaxtda dövlətin hansı şəxslərə nə qədər sosial yardım verdiyini isə aşağıdakı cədvəldən baxa bilərsiniz.
Sosial müavinətlər |
Məbləğ |
Uşağın anadan olmasına görə birdəfəlik müavinət |
200 |
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə |
55 |
bir yaş yarımadək uşağa qulluğa görə |
44 |
bir yaş yarımdan üç yaşınadək qulluğa görə |
28 |
Beşdən çox uşağı olan qadınlara |
55 |
Yaşa görə |
130 |
I qrup əlillərə |
150 |
II qrup əlillərə |
130 |
III qrup əlillərə |
110 |
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara |
150 |
Ailə başçısını itirməyə görə |
80 |
Şəhidin 16 yaşına çatmamış uşaqlarına |
21 |
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına çatmamış uşaqlarına |
100 |
Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına çatmamış uşaqlarına |
15 |
Dəfn üçün birdəfəlik müavinət* |
300 |
Peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə |
33 |
Peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə |
44 |
Peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə |
55 |
Peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə |
66 |
İşçi həlak olduqda |
77 |
*Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün 480 manat müavinət verilir.
Tərlan Qəhrəmanova, Banco.az