"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək | Banco.az

"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 5-də "Rabitəbank" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə "Rabitəbank" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş 2025-ci il üzrə Maliyyə hesabatının və İdarəetmə hesabatının təsdiq edilməsi, bankın Səhmdarlarının Ümumi Yığıncağının Əsasnaməsinin yenilənməsinin təsdiq edilməsi və digər məsələlər daxil edilib.

    Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Füzuli küç. 71 ünvanında yerləşən Bankın Baş ofisində baş tutacaq.