Müəllif: Tamara Mustafayeva, Banco.az
“GameStop” “eBay”ə 55,5 milyard dollarlıq təklif irəli sürüb.
Banco.az xəbər verir ki, “GameStop” tərəfindən verilən açıqlamaya görə, “eBay” səhmdarlarına hər səhm üçün 125 ABŞ dolları məbləğində nağd və səhm şəklində təklif irəli sürülüb.
“GameStop”un təqdim etdiyi bu təklif “eBay”in cümə günkü birja bağlanış qiyməti ilə müqayisədə təxminən 20 faiz daha yüksək qiymətə uyğun gəlir.
Ümumilikdə 55,5 milyard ABŞ dollarına çatan satınalma dəyərinin, təklif qəbul ediləcəyi halda yarısının nağd, qalan yarısının isə “GameStop” səhmləri şəklində ödənilməsi planlaşdırılır.
Mövcud bazar məlumatlarına əsasən, “eBay”in dəyəri təxminən 46 milyard ABŞ dolları, “GameStop”un isə 12 milyard ABŞ dolları səviyyəsindədir.
Satınalma əməliyyatının “GameStop”un mövcud nağd vəsaitləri və yeni borclanma alətləri vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. ABŞ mediasının məlumatına görə, prosesə Yaxın Şərq mənşəli bir sərvət fondunun da cəlb olunması gündəmdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!
