2026-cı ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlığa verilmiş kreditlərin həcmi 8 milyard 514,3 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Belə ki, bu, bu ilin fevral ayının sonu ilə müqayisədə 125 milyon manat və ya 1,5% çoxdur.
2025-ci ilin mart ayının sonu ilə müqayisədə bankların iri sahibkarlığa verdiyi kreditlərin həcmi isə 153,1 milyon manat (1,8%) artıb.
Mart ayının sonuna bankların biznes kredit portfelinin həcmi 16 milyard 214,8 milyon manat (1 milyard 279,8 milyon manat və ya 8,6% çox) olub.
