Azərbaycanda bu həftə qısa iş günü olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda bu həftə qısa iş günü olacaq

Azərbaycanda qısaldılmış iş günü olacaq.

Banco.az xəbər verir ki, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 may bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.

9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 May şənbə gününə təsadüf etdiyi üçün, qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.

Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.