Son günlər kriptovalyuta sənayəsində aktivlərin qiyməti 2017-ci ilə nisbətdə 75% az olsa da, yeni trend sayəsində ortam xeyli canlanıb. Sözü gedən trend DeFi (decentralized finance) adlanır.
DeFi - kriptosahibkarlara ənənəvi maliyyə açarlarını, kənar nəzarət olmadan yaratmaq imkanı verəcək. Tether – kriptovalyutasına olan iradları nəzərə alsaq, DeFi ən uğurlu qərarlardan biri hesab edilir.
Bitcoin və Ethereum – DeFi-nin ilk tətbiqlərindən biri sayılır. Qeyd edək ki, hər iki kriptovalyuta məhsulu nəhəng kompyuter şəbəkələrinin idarəsi altında saxlanılır. Mərkəzi idarə, adı çəkilən iki kripto-məhsuluna nəzarəti həyata keçirtmir. Əksər investorlar bitkoin-i “qızıl”, yəni inflasiyadan qoruyan alət kimi istifadə edirlər. Ethereum isə startapların kütləvi maliyyələşməsini təmin edən alətdir.
Lakin, bazar daim inkişaf edir və yeni məhsullar təqdim edilir. Onlardan biri də Steyblkoin Dai- rəqəmsal tokenidir. Dai, bitcoin-i xatırlatsa da mərkəzi bank sistemlərdən azad, qlobal valyuta kimi çıxış edəcək. Eyni zamandan bitkoindən fərqli olaraq Dai kripto məhsulunun qiyməti isə ABŞ dollarının dəyərinə bağlıdır. Məhz bu qeyri-sabitlik probleminə görə bitcoin-dən gündəlik alış-veriş zamanı istifadə edilmir.
Dragonfly Capital şirkətinin tərəfdaşı olan Aleks Pak, DeFi-nin əsl məqsədindən söz açıb. Aleks, DeFi- rəqəmsal tokeninin beynəlxalq bank sistemini azad və əlçatan edəcəyini bildirib. O - “Belə bir fürsəti, insan 50 ildən yaxalaya bilər”- deyə açıqlamasını.
Günel Gözəlova, Banco.az