“AccessBank”ın 2020-ci ildə xalis mənfəətə çıxacağı gözlənilir.
Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
"Biz 2019-cu ilin ikinci yarısında əməliyyat mənfəəti əldə etməyi planlaşdırırıq, ümumi mənfəətlilik isə 2020-ci ildə gözlənilir", - deyə A.Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması məcmu kapitalın artmasına gətirib çıxaracaq.
"Nizamnamə kapitalı artırıldıqdan sonra əlavə ehtiyatlar yaratmağı planlaşdırırıq. Bu addımların nəticəsində bankın məcmu kapitalının minimum tələbi ötərək təxminən 70 mln. manat təşkil edəcəyinə əminik”, - deyə sədr qeyd edib.
“AccessBank” 2015-ci ildə manatın devalvasiyasına qədər ən mənfəətli banklardan biri olub. Lakin bank 2016-2018-ci illəri zərərlə başa vurub.
Marja