Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2026-cı ilin yanvar-sentyabr aylarında 27 milyon 45 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti illik müqayisədə 3 milyon 25 min manat və ya 12,6% artıb.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 566 milyon 315 min manat olub ki, bu da 2025-ci ilin sonu ilə müqayisədə 413 milyon 839 min manat və ya 35,9% çoxdur.
Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 1 milyard 171 milyon 988 min manat, depozit portfelinin həcmi isə 1 milyard 59 milyon 90 min manat olub. Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 261 milyon 292 min manat (28,7%) və 318 milyon 834 min manat (43,1%) çoxdur.
Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 34 milyon 900 min manat (27%) artaraq 164 milyon 93 min manata, faiz xərclərinin həcmi isə 22 milyon 383 min manat (43,8%) artaraq 73 milyon 427 min manata yüksəlib.


Bizi sosial şəbəkələrdən izləyin!!
