AYİB TANAP layihəsinə 500 milyon dollar kredit ayıracaq | Banco.az

AYİB TANAP layihəsinə 500 milyon dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə heyəti bu il oktyabr ayının 18-də Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün 500 milyon dollar həcmində kreditin ayrılması məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bu vəsait “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin ümumi dəyəri 8,6 milyard dollar təşkil edir.