Mərkəzi Bank kreditlərin rəsmiləşdirilməsində tutulan komissiya haqqının 1%-ədək məhdudlaşdırılması ilə bağlı qərar verib.
Bəs banklar bu qərara riayət edirmi? Banklarımızda nağd pul krediti üzrə nə qədər komissyon haqqı tutulur?
Unibank- Kredit proseduruna görə komissiya 1% təşkil edir. Hərbiçilərə və DİN işçilərinə kampaniya çərçivəsində 11 iyuladək komissiyasız kreditlər təklif edilir.
Turan Bank və Yapı Kredi Bank Azərbaycanda bank komisyonları kredit məbləğinin 1%-i miqdarındadır.
Bank Respublikada bərpa olunan istehlak, biznes, avtomobil və digr kreditlər üzrə komissiya 1%-dir. Bəzi kreditlər isə (Paykart, Turbokart, Dupleks kredit kartları, əmanət əsasında olan kreditlər) komissiyasız təklif olunur. İpoteka kreditləri üzrə bu müvafiq olaraq, 0.1 və 0.7% təşkil edir.
Azər-Türk Bank, Rabitə Bank, Muganbank və Parabankda- bütün kredit növləri üzrə komissiya 1%-dir.
Bank Techniquedə hazırda kreditləşmə dayandırılıb.
DəmirBankda manatla istehlak kreditlərinə 0% komissiya tətbiq olunur.
AccessBank və AtraBankda istehlak kreditləri üzrə komissiya 1% təşkil edir.
Bank of Baku- Kreditin valyutasından, müştərinin Bankla etdiyi əməkdaşlığın , kreditin müddətindən asılı olaraq komissiya faizi fərqlidir. İstehlak kreditləri üzrə komissiya isə 1% təşkil edir.
Kapital Bank hal hazırda 1 illik kreditə komissiya 0% dir.
AmrahBank- Bütün növ istehlak kreditləri üzrə komissiya faizi 1%, mikro-biznes kreditləri üzrə isə 0% təşkil edir.
Nikoil Bankda- Kredit üzrə komisiyalar 1% dən çox deyil.
Express Bankda* bank komisyonları kredit müddətindən asılı olaraq kredit məbləğinin 3-5 %-i miqdarındadır.
*Express Bank-dan verilən məlumata görə növbəti həftədən, Mərkəzi Bankın qərarı ilə bütün növ istehlak kreditləri üzrə komissiya haqqı endiriləcək.