Plastik kartlar: nağd yox, elektron ödənişlərin əsas vasitəsidir | Banco.az

Plastik kartlar: nağd yox, elektron ödənişlərin əsas vasitəsidir

Plastik kartlar nağd yox, elektron ödənişlərin əsas vasitəsidir. Məhz onların sayəsində bu gün elektron ticarət aparmaq mümkün olub.

İlk bank kartları ideyası təxminən 130 il bundan əvvəl yaranıb. Ödəniş kartları vasitəsilə alış-veriş etməyin mümkünlüyünü ilk dəfə amerikalı mütəfəkkir Edvard Bellami 1887-ci ildə yazdığı «Keçmişə nəzər» kitabında qeyd edib. Karton materialdan hazırlanan ilk kredit kartları ABŞ-da ötən əsrin 20-ci illərində yaranıb. Bəzi satış məntəqələri, neft şirkətləri daimi müştərilərə belə kartları hədiyə edirdilər. Məqsəd müştəri şirkətə bağlamaq idi.  Elə o dövrdə metaldan da kartlar yaradılıb, kiçik miqyasda istifadə edilib.

«Diners Club» adlanan ilk kredit kartı isə 1949-cu ildə hazırlanıb, restoranlarda istifadə edilib. Kağızdan hazırlanan bu kartın yaradıcısı Frenk Maknamara idi. 1950-ci illərin sonunda təxminən 20 min insan kredit kartına sahib idi. Artıq o dövrdə 282 restoran kredit kartları qəbul edirdi.

İlk bank kartını 1951-ci ildə Nyu-Yorkun “Franklin National Bank” bankı dövriyyəyə buraxıb. 1960-ci illərdə nağd pulun çıxarılması mümkün olan avtomatik aparatların kəşfi plastik kartlar biznesində inqilaba səbəb oldu. Kart sahiblərinin belə aparatdan istifadə etmələri üçün kartın arxa tərəfinə maqnit lent yapışdırıldı. Bank kartının maqnit lentində kartın nömrəsi, onun etibarlı olduğu tarix, və kart sahibinin PİN kodu yazılır.

Plastik kartları müxtəlif element, növ və funksiyalarına görə fərqləndirmək və təsnif etmək mümkündür.

Plastik kartların ödəniş sisteminə görə təsnifi

Ödəniş sisteminin beynəlxalq və lokal olmaqla, 2 tipi mövcuddur. Beynəlxalq ödəniş sistemləri sırasına Visa, MasterCard, American Express və Diners Club sistemlərini aid etmək olar. Lokal ödəniş sistemlərindən ibarət siyahıda isə UniCard, NPS və digərlərinin adını qeyd etmək olar. Ödəniş sisteminin daha nüfuzlu olması ona məxsus kartların daha geniş ərazidə və daha çox insanın yararlanması anlamına gəlir. Bir qayda olaraq, ödəniş sisteminin görünüşü kart sahibinin əlavə ödənişlərinə təsir etmir.

Azərbaycanda dövriyyədə olan kartların ümumi sayı 2014-cü ilin birinci rübünün yekunlarına əsasən 5 853 000 ədəddir; onlardan 3,6 milyonu VİSA, 1,8 milyonu isə MasterCard ödəniş sisteminin payına düşür. Həmçinin ölkə ərazisində 4000-dən çox American Express kartı dövriyyədədir.

Aşağıdakı diaqramda kartların son 5 il ərzində artım dinamikasını, həmçinin 2014-cü ildə dövriyyəyə daxil olmuş kartları görmək olar.

diaqram 1

Bu ödəniş sistemlərinin xidmətləri və tarifləri demək olar oxşardır, lakin hesablamalarda cüzi fərqlər mövcuddur. Visa əməliyyatları dollarla həyata keçirir, yəni Avropada olan Azərbaycan vətəndaşı avro ilə ödəniş etmək istəsə, əvvəlcə manat dollara konvertasiya edilməli və bundan sonra avroya çevrilməlidir. Bu transfer nəticəsində 1-4% itki baş verə bilər. Onun rəqibi – MasterCard isə pulu dərhal (bir başa) lazımi valyutaya çevirir.

Tipinə görə kartların müqayisəsi:

Plastik kartların hamısı eyni ölçüdə olur — 54×86 mm, qalınlığı isə təxminən 1 mm. Plastik kartlar təyinatına görə müxtəlif növlərə bölünür:
Hazırlandığı materiala görə: kağız, plastik, metal (hazırda ən geniş plastik kart yayılıb)

Lazımı informasiyanın karta qeyd olunmasına görə (kart sahibinin adı, kartın nömrəsi, etibarlı olduğu müddət)

  • qrafik təsvirli kartlar
  • ştrix kodlu kartlar
  • maqnit lentində kodirovkası olan kartlar
  • çipli kartlar
  • lazer və ya optik kartlar

Standart kartlar. Bu kartlar maqnit zolağına malik olur. Sözügedən zolaqda bankomat vasitəsilə bank hesabına keçid etməyə imkan verən məlumat saxlanılır. Kartların bu növü istifadəçilər arasında daha geniş yayılıb.

Çipli kartlar. Bu kartlarda maqnit zolağı ilə yanaşı, mikroprosessor da olur. Mikroprosessorda saxlanan informasiyanın həcmi maqnit zolağında saxlanılan məlumatın ölçüsü ilə müqayisədə 80 dəfə daha çoxdur. Bu kartlarda bank hesabı üzrə bütün məlumatları saxlamaq mümkündür. Sözügedən kartların ən böyük üstünlüyü isə fırıldaqçılardan maksimum dərəcədə müdafiəni təmin etmələridir .

Növbəti diaqramda isə maqnit zolaqlı, elektron çipli kartların və həmçinin hibrid kartların sayı fərqini izləmək olar.

diaqram 2

Növlərinə görə kartların müqayisəsi

Bütün bank kartları şərti olaraq iki yerə ayrılır: müştərinin bank hesabında vəsait yerləşdirdiyi debet kartlar və bankın pullarından borc kimi istifadə etmək imkanı verənkredit kartlar.

Kredit kartlarının əsas növləri isə adi kredit kartları, taksit kredit kartları, güzəşt müddətli kredit kartları və kredit məhsulundan asılı olaraq müxtəlif kartlar ola bilər.

Hazırda Azərbaycanda 5752 000 ödəniş kartı dövriyyədədir. Bu kartlardan 4785 000 debet 967 000 isə kredit kartlarıdır. Lakin debet kartların böyük əksəriyyətinin sosial və əməkhaqqı kartıdır.

Aşağıdakı diaqramlarda debet və kredit kartların son 5 il ərzindəki artım dinamikasını, həmçinin sosial və əməkhaqqı kartlarının izləmək olar. Cədvəldə rəqəmlər min ədədlə verilib.

İllər

Ödəniş kartlarının sayı

Sosial

Əməkhaqqı

Digər debet

Kredit kartlar

2014

5853

2553

1406

862

1032

2013

5673

2505

1437

788

942

2012

5008

2560

1361

679

408

2011

4580

2522

1330

547

181

2010

4231

2427

1260

410

134

 diaqram 3

Əgər əvvəllər debet kartları daha çox artırdısa, indi kredit kartlarına maraq daha yüksəkdir və 2013-ci ildən bəri onların artımında yüksək dinamika hiss olunur. (sosial və əməkhaqqı kartlarını çıxdıqdan sonra yerdə qalan digər debet kartları ilə müqayisədə).

diaqram 4

 

Debet kartları

turbopng  

Debet kartları istənilən növ istifadəçi üçün rahat ödəniş vasitəsidir. Hesabda məhz müştərinin həmin hesaba daxil etdiyi qədər vəsait olur. Hansı bankın kartından istifadə etməsindən asılı olaraq, banklar həmin kartdakı hesaba hətta faiz də əlavə edə bilər. Lakin bu zaman mahiyyət etibarı ilə kartdakı pul xüsusi növ əmanətə çevrilmiş olacaq.

Debet kartları əsasən işləyən əhaliyə öz əməkhaqqısını almaqdan ötrü verilir. Bu vəsaitlərin hərəkətini daha şəffaf edir və insanlarda yeni texnologiyalardan istifadə etmə vərdişi yaradır.

Debet kartlarının əsas növləri – sosial kartlar, təqaüd karları, əməkhaqqı kartları və depozit kartlardır

Bankların təqdim etdiyi müxtəlif debet kart məhsulları ilə burada tanış olmaq olar. Debet kartlar (http://banco.az/az/debit-cards)

Bankların ən fərqli debet kart məhsulları da var.

Kartın adı

Bank

İllik xidmət haqqı

İllik gəlir faiz (varsa)

Əsas xüsusiyyət

Gənc Kart

Bank Standard

15 AZN

9%

Gənclər üçün olan bu kart əlavə vəsait qazanmaq imkanı verir

Visa Electron Vertical

Ata bank

15 AZN

 

Kartın  unikallığı kartın üzərindəki təsvir və bütün şəxsi məlumatların karta şaquli olaraq daxil edilməsindədir

Visa Electron Aroma

Atabank

15 AZN

 

Visa  Electron Aroma Lemon və Visa Classic Aroma Coffee. Bu kartlar tərtibatı ilə yanaşı ətri ilə də diqqəti  cəlb edir

Visa Electron Solo

Atabank

15 AZN

 

Müştəriyə öz plastik kartının üstünə istədiyi təsviri yerləşdirmək imkanı verir.

Zəvvar Kart

AFB Bank

Ödənişsiz

 

Gülab ətirli zəvvar kartı. Həcc ziyarətinə gedənlər üçün

İlk kart

Bank Respublika

Ödənişsiz

 

7-17 yaşlı müştərilər üçün, İlk Kart yetkinlik yaşına çatmamış şəxsin başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda da rahatdır

Uçurucu kartlar

Bank SilkWay

İki illik 40 AZN

 

Kartdan istifadə nəticəsində pulsuz uçuş və aviabilet qazanmaq imkanı

Ani kart

Beynəlxalq Bank

12 AZN

 

SMS vasitəsi ilə alınan virtual kart, internet ödənişləri üçün nəzərdə tutulub

Qibla Card

Beynəlxalq Bank/ islam bankçılığı

40 AZN

 

Kartın üzərində dünyanın istənilən nöqtəsindən Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompas yerləşdirilib.

Jasmine Card

Beynəlxalq Bank/ islam bankçılığı

25 AZN

 

VİSA Classik bazasında hazırlanmış bu kart, zərif dizaynı və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılıb

MobilCard

DəmirBank

15 AZN

 

Aparılan əməliyyatlar nəticəsində danışıq vaxtı qazanmaq imkanı

LEADERCARD

DəmirBank

Ödənişsiz

2

Xaricdən edilən pul köçürmələrinin qəbulu asanlaşdırmaq üçün

COUNTDOWN

DəmirBank

20 AZN

 

Dünyanın 34 ölkəsində, 100 000-dən çox ticarət-xidmət mərkəzlərində 50%-dək endirim 38 günədək faizsiz müddətlə kartla kredit xəttinin açılması imkanı

Visa Gift

Muğan Bank

5AZN

 

Nominal dəyəri 50-200 AZN, Şəxsiyyət vəsiqəsi olmadan almaq mümkündür. Hədiyyə kartıdır

BuCard

Nikoil Bank

15 AZN

5%

Depozit tipli kart

Halal Card

Nikoil bank

Ödənişsiz

 

İlkin mədaxil 100 AZN olmalıdır. Bu kartlardan nağd pul çıxarılması üçün komissiya faiz dərəcəsi şəklində deyil, sabit məbləğ həcmində tutulur

Pul Kart

Yapı Kredi Bank Azərbaycan

5 AZN

 

Partnyor şəbəkədə alış-veriş zamanı bonuslar qazandıran kart

Dizayn Kart

Xalq Bank

30 AZN

 

Kartın dizaynının seçmək və  yaratmaq imkanı

Kredit kartları

Kredit kartları almaq isə daha çətindir

Bundan ötrü müştəri öz gəlirlərini təsdiqləyən sənədlər təqdim etməlidir.  Yəni iş yerindən arayış, təqaüd kitabçası kimi sənədləri. Müştəri öz ödəmə qabiliyyətini sübuta yetirməlidir. Bu zaman ona veriləcək kredit limiti, yəni bankdan borc ala biləcək maksimum məbləğ müəyyən edilir.

Bir müddət öncəyə qədər banklar kredit kartlarının, o cümlədən, hissə-hissə ödəniş kartlarının verilməsi şərtlərini asanlaşdırmışdı. Hazırda isə Mərkəzi Bankın sərt təlimatlarından sonra kredit kartları arayışsız verilmir.

Demək olar bütün banklar mövcud plastik kartları üzərindən kredit xətti açmaq imkanı təqdim edirlər.

Bankların kredit kartları ilə daha yaxından burada tanış olmaq olar. (http://banco.az/az/creditcart)

Onların bəzilərini isə burada görünür.

Bank

Kartın növü

Kartın adı

Kredit Limiti

Qiyməti

Güzəşt müddəti

% dərəcəsi

Bank Standard

MasterCard Gold

SmartCard

10 000

30

35

26%

Unibank

Classic

AL Kart

7 000

0

35

30

Bank of Baku

Classic

Ümumi məqsədli

3 000

12

 

32

Bank of Baku

Classic

Tələbə krediti

250

8

 

30

VTB Bank

Classic

Classic

5 000

15

45

25

AccessBank

Classic

Classic

10 000

0

40

43

Atabank

Classic

Classik

5 000

25

37

28

VTB Bank

Gold

Gold

5 000

40

45

25

ASB Bank

Classic

Prestige Classic

1 499

10

40

40

Amrahbank

Classic

Visa Classic

3 000

25

0

24

Ən sərfəli kredit üçün müraciət et

Overdraft debet kartları

Debet və kredit kartları arasında ortaq həlqə rolunu isə overdraft icazəsi olan kartlar oynayır. Overdraft debet kartıdır, daha çox əməkhaqqı və ya təqaüd kartlarında tətbiq edilir. Müştəriyə balansındakı məbləğ bitdikdən sonra da əməliyyat aparmaq imkanı verir. Onun xərclədiyi məbləğ növbəti ay əməkhaqqısından və ya təqaüdündən tutulur. Adətən, banklar overdraftı ödənişsiz təqdim edirlər.

Hazırda pensiya kartlarının hamısında 100 AZN-ə qədər overdraft nəzərdə tutulub, lakin onlar bu məbləği yalnız virtual ödənişlərdə istifadə edə bilərlər.

Taksit kartlar

Taksit kartları – alınan malın dəyərini hissə-hissə ödəmək imkanı verən plastik alış-veriş kartlarıdır. Alış veriş kartları bir qayda olaraq müştərilərə faizsiz hissə-hissə ödəniş etmək imkanı yaradır.

Lakin burada ümumiyyətlə faizlər yoxdur demək düzgün olmazdı, çünki hazırda taksit kartlar həm də “grace period”-u olan kredit kartları kimi istifadə olunur.

Taksit kartları məhz satış-ticarət məntəqələrində istifadə etmək üçün nəzərdə tutulub, banklar sizə pulu müəyyən məhdudiyyətlərlə nağdlaşdırmaq imkanı verir. Bəzi kartlarda isə ümumiyyətlə nağdlaşdırma imkanı yoxdur.

Bunun əsas məqsədi odur ki, insanlar bu kartlardan məhz təyinat üzrə istifadə etsinlər, yəni dərhal kartdan pul çıxarıb, kartın özünü bir kənara qoymasınlar. Bütün bunlar isə elektron ödənişlərin stimullaşdırılmasında böyük rol oynayır. 

Taksit kartlarında bir qayda olaraq, partnyor şəbəkələrində edilən alış-veriş zamanı heç bir faiz hesablanmır.

Bazardakı taksit kartlar əsas xüsusiyyətlərinə görə bir-birinə bənzəsə də, bəzi ciddi fərqlərə də rast gəlinir. Hazırda bankların müştərilərə təqdim etdiyi aktiv taksit kart məhsulları bunlardır.

Kartın adı

Bank

Qiyməti

İstifadə müddəti

 Nağdlaşdırma faizi

Bonus(maks)

Graceperiod (maks)

İllik faiz

Albalı Plus

Unibank

0

5

1-5.00

1%

40

25-31%

Aykart

Dəmirbank

0

3

6.00

0.00

30

12%

Bolkart

Bank of Baku

0

5

2.50

0.00

40

30%

Extra Card

ASB Bank

0

3

1.00

15,50

40

24%

Tele Kart

Nikoil Bank

0

2

1.00

4.00

-

16%

Worldcard

Yapı Kredi Bank Azərbaycan

25

5

2.33

10.00

40

28%

Maxi Card

NBC Bank

0

3

   

-

-

Həzz Kart

AG Bank

0

3

 

10 faizə qədər

   
 

Kobrend kartlar

Əksər banklar aparıcı mobil operatorlarla müştərək kartlar təklif edirlər. Bu kartlardan istifadə zamanı sərf olunan məbləğə görə bank müştəriyə 1 bonus balı təqdim edir ki, həmin baldan mobil rabitənin ödənişi üçün istifadə etməyə icazə verilir.

Kartın adı

Bankın adı

Kartın növü

Kartın qiyməti

Əsas xüsusiyyət

Balans

MyBrands Card

Bank of Baku

Taksit kart

Pulsuz. 0%

Mybrand’s mağazalarında elektron alış-veriş

600-1200 AZN

İdeal Card

Bank of Baku

Taksit kart

Pulsuz, 0%

İdeal mağazalar şəbəkəsində elektron alış-veriş

600-900 AZN

Bolkart Nar

Bank of Baku

Taksit kart

pulsuzç 0%

Nar Mobile üzrə mobil rabitə xidmətinin ödənişi üçün əlavə limit

300-5000 AZN

Turbo Kart

Bank Respublika

Kredit kart

Pulsuz,

 9,69%

Sığorta ödənişlərini kreditlə həyata keçirmək və “Group Motors” servis mərkəzlərində pulsuz xidmət imkanı

5000 AZN

Subaru Card

Bank Respublika

Debet kart, Kredit xətti ilə

Pulsuz* 28%

Kartın sahibi bonuslar qazanır və bu bonuslarla Subaru  şirkətində ehtiyat hissələrinin və aksesuarların, eləcə də avtoservis xidmətlərinin alınması zamanı istifadə

5000 AZN

 

Subaru Avtomobil Mərkəzində alınmış Subaru avtomobilinin sahibi və ya etibarnamə ilə onu sürən şəxs SubaruCard plastik kartını pulsuz ala bilər. Subaru avtomobili olmayan və ya Subaru avtomobilini başqa yerdən alan şəxslər üçün isə SubaruCard plastik kartının buraxılma haqqı 70 AZN təşkil edir. Kartın istifadə müddəti 3 ildir. 

Mənbə: http://pressforum.az/ Plastik kartlar: nağd yox, elektron ödənişlərin əsas vasitəsidir