Bu universal ödəniş alətidir. Onu dünyanın Visa loqotipi ilə qeyd edilmiş bütün nöqtələrində, o cümlədən, bankomatlarda, real və ya virtual mağazalarda rahatlıqla istifadə etmək mümkündür. Bu tipli kartlar plastik kartdan istifadə təcrübəsi olan şəxslər üçün nəzərdə tutulub. Rahatlıq, seçim və maliyyə çevikliyini təmin etdiyindən bu kart orta gəlir səviyyəsinə malik istehlakçılar arasında populyardır. Bu karta sahib olmaqla Siz pulu xaricə aparmaq kimi bir çox narahatçılıqdan və problemdən xilas olacaqsınız. Bu kart Sizə olduğunuz ölkənin valyutasını münasib kursla əldə etmək imkanı yaradır və göstərilən xidmətlərin və malların alınmasında ödənişlərin sürətləndirilməsinə kömək edir.Qiymət və keyfiyyətin optimal nisbəti sayəsində Visa Classic kartları dünyada çox geniş şəkildə yayılaraq sözün əsl mənasında “klassik” bir karta çevrilmiş və hazırda milyonlarla ticarət obyektində, yüz minlərlə bankomatda qəbul edilir.Kartın imkanları və üstünlükləri: - Milyonlarla ticarət və xidmət obyektində mal və ya xidmətlərin dəyərinin ödənilməsi; - Kart hesabının valyutasından asılı olmayaraq istənilən ölkədə, istənilən valyutada 750 min bankomatdan nağd vəsaitlərin alınması; - Kart hesabına aylıq faizin köçürülməsi; - Bankın kredit xəttindən istifadə etmək imkanı; - Real vaxt rejimində öz vəsaitlərinə nəzarət edilməsi (e-card sistemi); - Kart hesabına bağlanılacaq ailə üzvləri üçün əlavə kartların rəsmiləşdirilməsi; - SMS vasitəsilə kart hesabına nəzarət; - Xaricə səfərlər zamanı gömrük bəyannaməsində kartdakı vəsaitlərin bəyan edilməsinə gərək yoxdur; - Bankın iş rejimindən asılı olmayaraq - əməliyyatların bütün gün ərzində həyata keçirilməsi; - Beynəlxalq ödəniş sistemi ilə birgə keçirilən müxtəlif proqramlarda iştirak edilməsi; - Müxtəlif digər xidmətlərə qoşulması.Bank hər bir müştəriyə fərdi yanaşır, daimi araşdırma hesabına müştərinin ehtiyaclarını ödəməyə çalışır, müştərilərə xidmətin metodunu və formalarını təkmilləşdirir.AtaBank-ın Visa Classic kartından istifadə etməklə Siz bizim müştərimiz olmağın üstünlüyünü hiss