Yapı Kredi Bank Azərbaycan | Banco.az

Yapı Kredi Bank Azərbaycan

Call center
*0444

Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından  243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.

2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.

Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır. 

Hal hazırda Yapı Kredi Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif etməkdədir. Türkiyənin ən nüfuzlu holdingi Koç Group və Avropanın ən böyük bankı Unicredit Groupun səhmdarı olan Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas məqsədi səhmdarlarının dünyanın 17 ölkəsində mövcud olan təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib, ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir.

2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır.

Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yığıncağı, müşahidə şurası, audit komitəsi və idarə heyətindən ibarətdir. 

Yapı Kredi Bank Azərbaycan QSC dünyaca nüfuzlu Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

Fəaliyyət göstərdiyi müddətdə Yapı Kredi Bank Azərbaycan bankçılığın pərakəndə və korporativ sahələrində mütərilərinə bir neçə yeni məhsullar təklif etmiş və bunun üçün də, müxtəlif mükafatlara layiq görülmüşdür.

  • 2018-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Etibarlı Bank Azərbaycan Mükafatı
  • 2015-ci ildə banco.az portalında müştərilərin səsverməsi nəticəsində Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
  • 2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
  • 2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Pərakəndə Bank, Azərbaycan
  • 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Aktiv Bank fəaliyyəti göstərdiyinə görə təşəkkür məktubu
  • 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən İnnovativ Korproativ Bank, Azərbaycan
  • 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Yeni Pərakəndə Bank, Azərbaycan
  • 2012-ci ildə Master Card tərəfindən Ən Yaxşı Marketinq Kampaniyası-Worldcard

Daha çox
Ünvan Bakı şəhəri Nəsimi rayonu, 628-ci məhəllə, Cəlil Məmmədquluzadə küçəsi 73 G, Az1065
Telefon (+994 12) 497 77 95
Filialı 11
Bankomatlar 30
Sayt www.yapikredi.com.az
E-poçt [email protected]
CEO Cenk Yüksel
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et