Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi | Banco.az

Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziyasını ləğv etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.