Müəllif: Gülnar Əhmədli, Banco.az
"SF Azerbaijan" (Manato.az) bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci ili 15 milyon 753 min manat xalis mənfəətlə başa vurub.
Banco.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 21 milyon 986 min manat və ya 2,4 dəfə azdır.
Bu il yanvarın 1-nə "SF Azerbaijan"ın aktivləri 48 milyon 507 min manat olub ki, bu da illik müqayisədə 40,6% azdır. BOKT-un kredit portfeli ötən il 2 dəfə azalaraq 28,6 milyon manata enib.
Hesabat dövründə "SF Azerbaijan"ın öhdəlikləri 5,3 dəfə azalaraq 8,7 milyon manata enib. Eyni dövrdə BOKT-un balans kapitalı isə 39,8 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
