Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-dən çox artıb | Banco.az

Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 718,8 milyon manat olub.

Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çoxdur.

7 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 % artaraq 853,9 milyon manat olub.