Müəllif: Tamara Mustafayeva, Banco.az
“Alibaba” 10 milyard dollarlıq səhm satışı həyata keçirib.
Banco.az xəbər verir ki, “Alibaba” süni intellektə yatırımlarını maliyyələşdirmək məqsədilə 710 milyon səhmə hər biri 112,70 Honkonq dolları qiymət qoyaraq satışa çıxarıb. Bununla da ümumilikdə 80 milyard Honkonq dolları (təxminən 10,21 milyard dollar) dəyərində səhm satışı həyata keçirilib. Əldə olunan vəsaitin birbaşa süni intellekt texnologiyalarının inkişafına və infrastruktur imkanlarının genişləndirilməsinə yönəldiləcəyi bildirilib.
Satışdan sonra şirkətin səhmləri bazar ertəsi günü 8,5 faiz ucuzlaşıb. Bu, 2025-ci ilin əvvəlindən bəri qeydə alınan ən kəskin gündəlik eniş olub. Səhm satışı cümə günü ABŞ-da ticarət olunan səhmlərin bağlanış qiyməti ilə müqayisədə 3,6 faiz endirimlə həyata keçirilib. Buna baxmayaraq, institusional investorların tələbi satışa çıxarılan səhmlərin həcmini təxminən üç dəfə üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
