Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyul aylarında 200 milyon 734 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68 milyon 177 min dollar və ya 25,4% azdır.
Hesabat dövründə Azərbaycan Özbəkistana 79 milyon 507 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 44 milyon 130 min dollar və ya 2,2 dəfə çoxdur. Özbəkistandan idxal isə 112 milyon 307 min manat və ya 48% azalaraq 121,2 milyon manata enib.
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 268 milyon 911 min dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
