Müəllif: Tamara Mustafayeva, Banco.az
“Porsche” proqram təminatı şirkəti “MHP”ni “TCS”ə satır.
Banco.az xəbər verir ki, Ştutqartda yerləşən “Porsche” tərəfindən verilən açıqlamada iki qurum arasında satış müqaviləsinin imzalandığı və prosesin qarşıdakı aylarda tamamlanmasının gözlənildiyi bildirilib.
Əməliyyatın maliyyə detalları barədə məlumat verilməyib.
“Porsche” sözügedən strateji satışla “Sportwagenschmiede35” adlandırılan gələcəyə baxış strategiyası çərçivəsində diqqətini tamamilə əsas fəaliyyət sahəsinə yönəltməyi hədəfləyir.
Şirkət bu yenidənqurma çərçivəsində daha əvvəl də akkumulyator istehsalını, proqram təminatı şirkətinin fəaliyyətini və elektrikli velosiped biznesini dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
