Avropa regionunda Almaniyaya məxsus lider mövqeyi Böyük Britaniyanın ixtiyarına keçəcək | Banco.az

Avropa regionunda Almaniyaya məxsus lider mövqeyi Böyük Britaniyanın ixtiyarına keçəcək

Proqnozlara görə, 2030-cu ilə qədər Böyük Britaniya Avropa regionunun ən güclü iqtisadiyyata malik ölkəsinə, həmçinin ABŞ-dan sonra ən yüksək inkişaf etmiş ikinci ölkəyə çevriləcəkdir. Çinin ÜDM-nun həcmi ABŞ-ın ÜDM-nu 2028-ci ilə qədər üstələyəcək. Analitiklər bu prosesin daha öncə müşahidə olunacağını güman etsələr də, onların gözləntiləri özünü doğrultmayacaq. Bu tipli məlumatlar İqtisadi və Biznes Araşdırmalar Mərkəzinin illik hesabatında öz əksini tapır.

Tədqiqatçılar Britaniyanın gələcək mövqeyini demoqrafik artımın müşahidə olunması, Avropa standartları ilə müqayisədə vergi dərəcələrinin aşağı olması və Avropa regionuna məxsus problemlərin təsirinə məruz qalma dərəcəsinin daha az olması ilə əlaqələndirirlər.

İqtisadi və Biznes Araşdırmalar Mərkəzindən verilən proqnozlara əsasən Hindistan yaxın 15 il ərzində iqtisadiyyatın həcminə görə 3-cü olmaqla, Yaponiyanı üstələyəcək. 2028-ci ilə qədər Braziliya bu mövqe üzrə 5-ci, Almaniya isə 6-cı yerdə qərarlaşacaq.

Hesabatda ölkələrin gələcək mövqeyi haqqında aşağıdakı məlumatlar yer alır:

Ən sərfəli kredit üçün müraciət et

“Avro zonanın dağılmayacağı və onun zəif iqtisadiyyata malik ölkələrinin dəstəyə ehtiyac duyduğu ehtimalını, habelə, əlverişsiz demoqrafik tendensiyaları nəzərə aldıqda, Almaniyanın iqtisadi göstəricilərinin aşağı enəcəyini və Qərbi Avropa regionunda ən güclü iqtisadiyyata malik ölkə mövqeyini itirəcəyini təxmin etmək elə də çətin deyil. Böyük Britaniyada əhalinin artım səviyyəsi olduqca yüksəkdir və burada digər Avropa ölkələrindən asılılıq dərəcəsi kifayət qədər aşağıdır. Avro zona olmasaydı, Almaniyanın gələcək mövqeyi üzrə daha yüksək proqnozlar təqdim etmək mümkün olardı.”

İqtisadi və Biznes Araşdırmalar Mərkəzi Avro zonaya daxil olan digər ölkələrin göstəricilərində də azalmanın müşahidə olunacağını bildirir. Hal-hazırda bu mövqe üzrə 5-ci yerdə qərarlaşan Fransa 2028-ci ilə qədər gerilərək reytinqdə 13-cü yeri tutacaq.

Rusiyada enerji daşıyıcılarının qiymətində müşahidə olunan azalma bu ölkə üzrə verilən proqnozlara təsir göstərmişdir. 2018-ci ildə Rusiya reytinq üzrə 6-cı yerə sahib olsa da, 2028-ci ildə onu yenidən əvvəlki yerində - 8-ci sırada görmək mümkün olacaq.

Banco.az/ Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et