Müəllif: Tamara Mustafayeva, Banco.az
Soya paxlasının qiyməti son üç ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, soya paxlası üzrə fyuçers əməliyyatları ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) ixrac yoxlamalarına dair açıqladığı məlumatların güclü tələbatdan xəbər verməsi və soya emalı göstəricilərinin gözləntiləri üstələməsi fonunda son üç ayın ən yüksək səviyyəsinə yüksəlib.
Çikaqoda əsas göstərici sayılan soya müqavilələri çərşənbə günü 0,8 faizə qədər bahalaşaraq 18 noyabr tarixindən bəri gün ərzində ən yüksək həddə çatıb, daha sonra isə qazancının bir hissəsini geri verib.
Qiymət artımında “USDA”nın çərşənbə axşamı yayımladığı məlumatlar mühüm rol oynayıb. Belə ki, 12 fevralda başa çatan həftə ərzində soya ixracının həcmi 1,2 milyon tona çatıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə daha yüksək olub və göndərişlərin yarıdan çoxu Çinin payına düşüb.
Bazarda müsbət əhval-ruhiyyəni gücləndirən digər amil isə “Ulusal Yağlı Toxum Emalçıları Birliyi”nin (NOPA) açıqladığı məlumatlar olub. Qurumun məlumatına əsasən, soya emalının həcmi ümumilikdə 221,6 milyon buşel təşkil edərək analitiklərin proqnozlarını bir qədər üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
