Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatdı | Banco.az

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatdı

Qızıl ABŞ və Çin arasında artan gərginlik və ABŞ Federal Ehtiyat Sisteminin bu il daha iki dəfə faiz dərəcələrini aşağı salacağı gözləntiləri ilə rekord həddə yüksəlib.

Banco.az xəbər verir ki, ticarət məlumatlarına görə, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,07% artaraq 4 207,7 ABŞ dollarına bərabər olub.