Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 1 milyard 358 milyon 250 min dollara bərabər olub.
Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il Gürcüstandan Azərbaycana ixracın dəyəri 697 milyon 255 min dollar təşkil edib. Bu da illik müqayisədə 3,8% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 9,6%-ni təşkil edib.
2024-cü ildə bu ölkədən Azərbaycana ixracın dəyəri 724 milyon 501 min dollar olub.
Azərbaycandan idxal isə 660 milyon 995 min dollara bərabər olub. Bu isə 2024-cü ilə nisbətdə 13,2% artım deməkdir. 2024-cü ilin eyni dövründə bu göstərici 583 milyon 815 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
