BVF Türkiyə üçün artım proqnozunu yuxarı çəkib | Banco.az

BVF Türkiyə üçün artım proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Türkiyə üçün artım proqnozunu artırıb.

Banco.az xəbər verir ki, BVF Dünya İqtisadi Perspektivlər Hesabatının yanvar sayını “Qlobal İqtisadiyyat: Ayrılan Güclər Arasında Sabitlik” başlığı ilə yayımlayıb. Hesabatda Türkiyə iqtisadiyyatının bu il və gələn ilə dair artım proqnozlarının yuxarı istiqamətdə yeniləndiyi qeyd olunub.

Hesabata əsasən, Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 4,1 faiz artacağı gözlənilir.

BVF ötən ilin oktyabr ayında açıqladığı proqnozlarda Türkiyə iqtisadiyyatının həm bu il, həm də gələn il 3,7 faiz artacağını nəzərdə tutmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram