FED: Prezidentin çağırışları bizim qərarlarımıza təsir etmir | Banco.az

FED: Prezidentin çağırışları bizim qərarlarımıza təsir etmir

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (FED) bazarların maraqla gözlədiyi faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsi (FOMC) son iclasında siyasət faizini 4,25-4,50 faiz səviyyəsində dəyişməz saxlamaq qərarına gəlib. Bu yekdil qərar ABŞ iqtisadiyyatının hazırkı görünüşünə dair qiymətləndirmələrdən sonra formalaşıb. Qərardan sonra açıqlama verən FED sədri Jerome Powell, pul siyasətində heç bir dəyişiklik etməməsinin səbəblərini və gələcək dövr üçün gözləntilərini bölüşdü.

Pauell qısa müddətli inflyasiya gözləntilərində artım olduğunu və bu artımın əhəmiyyətli hissəsinin tariflərdən qaynaqlandığını bildirib. Pauell son vaxtlar tariflərdəki artımların gözləniləndən çox böyük olduğunu və bu vəziyyətin önümüzdəki aylarda həm qiymətlərə, həm də əmək bazarına təzyiq göstərə biləcəyini vurğuladı. "Bu böyük tarif artımları davam edərsə, biz daha yüksək inflyasiya və aşağı məşğulluqla nəticələnə bilərik",- FED sədri dedi.

Pauell, tariflərin mövcud səviyyələrdə saxlanmasının bu il pul siyasəti hədəflərinə çatmağı çətinləşdirə biləcəyini, tarif artımlarının vaxtı və ölçüsünün və onların ictimai inflyasiya gözləntilərinə təsirlərinin diqqətlə izlənilməli olduğunu bildirib. Pauell belə bir şəraitdə pul siyasətində ani dəyişikliklərdən qaçmağın daha sağlam olacağını bildirib.

"Siyasət dərəcəsini hazırda yaxşı yerdə görürük. Tələsməyə ehtiyac yoxdur. Önümüzdəki həftələrdə tariflərin təsirini daha yaxşı görə biləcəyik.Pul siyasətində düzəlişlər etmək üçün gözləməli olduğumuz bir nöqtədəyik",- deyə o qeyd edib.

Pauell ABŞ iqtisadiyyatının ümumilikdə dayanıqlı struktura malik olduğunu və əsas inflyasiya göstəricilərində müsbət tendensiyanın müşahidə edildiyini bildirib. Bununla belə, qeyri-müəyyənliklər aradan qaldırılmadan yeni addım atmağın düzgün olmayacağını vurğulayıb. O qeyd edib ki, Prezidentin çağırışları bizim qərarlarımıza təsir etmir.