Azərbaycanda makaron istehsalı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda makaron istehsalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 704,4 ton makaron məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Aprelin 1-nə ölkədə 28 ton hazır məhsul ehtiyatı yaranıb.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur.

report